Prezidentin ehtiyat fondundan nə qədər vəsait xərclənib?

27.05.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2024-cü ildə Azərbaycan Prezidentinin ehtiyat fondundan 244,8 milyon manat vəsait istifadə olunub.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsində öz əksini tapıb.

Bu vəsaitin 209,8 milyon manatı və ya 85,7 faizi əsaslı xərclərin, 35,0 milyon manatı və ya 14,3 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью