Prezidentin general mayor retbəsi verdiyi rektorun DOSYESİ

07.11.2026

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə Sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə  Elnur Əli oğlu Ələsgərli "general-mayor" hərbi rütbəsi alıb. 

Qeyd edək ki, Elnur Ələsgərli  2024-cü ilin iyun ayından etibarən Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun rektoru vəzifəsini icra edir. Milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur.  

Rəhbərlik etdiyi institutda əməliyyat-taktiki və əməliyyat-strateji səviyyələrdə zabit kadrların hazırlanması, eləcə də Türkiyə Respublikasının Milli Müdafiə Universiteti ilə birgə hərbi təhsil modellərinin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью