Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
Dövlət başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.
Prezident müsahibə zamanı ABŞ-la münasibətlərdən danışıb: “Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi.
Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi.
Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.
Rəsmi Bakının Trampdan əsas gözləntisi ABŞ-la münasibətlərin normallaşmasıdır.
Prinsipcə, Prezidentin də dediyi kimi, Azərbaycanın ABŞ-la problemi yoxdur.