Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
"Cebheinfo.az" xəbər verir ki, Elçin Yusubov 1975-ci il avqustun 8-də anadan olub. O, 1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmənin təşkilatçısı ixtisasını, 1998-ci ildə isə Azərbaycan Dövlət İqtisad İnstitutunu kredit iqtisadçısı ixtisası üzrə bitirib.
Elçin Yusubov əmək fəaliyyətinə özəl sektorda başlayıb. Daha sonra Azərbaycan Respublikası Ticarət Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində, eləcə də Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
O, Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun birinci müavini, baş direktor və Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrini icra edib. Prezident İlham Əliyevin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə Elçin Yusubov dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif olunub.
Həmin il mayın 13-də Prezidentin Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.
2024-cü il martın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub.
Yusubovun həmin vəzifədən azad edilməsi ilə bağlı qərar onun bu vəzifədəki fəaliyyətinə son qoyur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin