Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rəhbər vəzifədə çalışan şəxslər haqqında məlumatlar hər zaman maraq obyektində olub.
Xüsusilə onların idarəçilikdəki peşəkarlıq səviyyəsini müəyyənləşdirən əsas amillərdən biri təhsilləridir.
Sfera.az bu dəfə Prezident Administrasiyasında rəhbər vəzifədə çalışan şəxslərin bitirdiyi universitetlərin siyahısını təqdim edir: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev - 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olub.
1996-cı ildə həmin universitetin mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2003–2005-ci illərdə təhsilini ABŞ-nin Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov - 1978-ci ildə S. M.
Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. 1980-ci ildə təhsilini M. V.