Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. COP29-la bağlı hazırlıq işləri 100 faiz tamamlanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə görüşdə məlumat verib.
Onun sözlərinə görə, tədbiri işıqlandırmaq üçün 3 500 media nümayəndəsi akkreditasiyadan keçib və onların bir çoxu artıq Azərbaycandadır.
A.Ələkbərov həmçinin bildirib ki, COP29-un keçiriləcəyi Bakı Stadionunun bir çox ərazilərində işlər artıq 100 % tamamlanıb, stadiondakı zonalarda isə bütün hazırlıq işləri başa çatıb.
Prezidentin köməkçisi deyib ki, 29 otaqda iclaslar təşkil ediləcək: “Artıq tədbir məkanında noyabrın 5-dən COP29-la bağlı aktiv müzakirələr aparılır”.
O, COP29 iştirakçılarının qidalanma məsələsinə də toxunub: “Qidalanma məsələsinə hazırlıq çərçivəsində tam diqqət yetirilib.
Bunun üçün xüsusi portal yaradılıb və artıq sifarişlər də alınıb”.
Məlumat verilib ki, “Yaşıl Zona”da 58 yerli və xarici şirkət pavilyonlar qurub.