Icma.az bildirir, Qafqazinfo portalına istinadən. “Bu gün artıq COP29-un keçiriləcəyi tədbir məkanını təhvil veririk.
Mediaya, bütün əlaqəli yerli strukturlara Təşkilat Komitəsinə göstərilən dəstəyə görə təşəkkürümü bildirirəm”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov media nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, artıq keçiriləcək tədbirlərin cədvəli hazırdır: “67 min nəfər bu günə qədər qeydiyyatdan keçib. Çoxlu qonaq gözləyirik.
Görüşlərimiz plenar otaqlarda həyata keçiriləcək. Bütün məkanlarımız dolub, demək olar ki, boş yer qalmayıb.
İndiyə qədər 3500 media nümayəndəsi qeydiyyatdan keçib. Artıq bir sıra qurumlar Azərbaycandadır.
Bütün görülən işlərdə könüllülər bizə yaxından dəstək verdilər”. A.Ələkbərov, həmçinin bildirib ki, 17 500 mehmanxana otağı bron edilib.
Bundan başqa, qonaqlar üçün xüsusi rezidensiyalar da ayrılıb: “Mehmanxanalarda hər cür şərait yaradılıb.