Prezidentin köməkçisi Xankəndidə diplomatları belə salamladı VİDEO

11.09.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiətilə Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinə gəliblər.
Bizim.Media xəbər verir ki, Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrini Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzində salamlayıb və çıxış edib.
Qeyd edək ki, diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzurə sayca 22-ci səfərində 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. 

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью