“Prezidentin müsahibəsi münasibətlərin dərin strateji xarakterini nümayiş etdirdi“ ŞƏRH OL…
Icma.az bildirir, Sia Az portalına istinadən. “Prezident İlham Əliyevin Qazaxıstana səfəri ərəfəsində “Kazinform” agentliyinə verdiyi müsahi
Dövlət başçısının fikirlərində iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın hərtərəfli inkişafı ilə yanaşı, bu tərəfdaşlığın Tü
Prezident qeyd edir ki, qarşılıqlı etimad, ortaq tarixi-mədəni köklər və türk kimliyi üzərində qurulan bu əlaqələr artıq sadəcə dostluq çərç
Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
O bildirib ki, müsahibədə xüsusilə iqtisadi və nəqliyyat sahəsində əldə edilən irəliləyişlər ön plana çıxır: “Prezident Əliyev Orta Dəhlizin genişlənməsi, Aktau və Ələt limanları arasında logistika imkanlarının artırılması, neft-qaz və yaşıl enerji sahəsində əməkdaşlığın gücləndirilməsini iqtisadi tərəfdaşlığın əsas sütunları kimi dəyərləndirir.
Qazaxıstan kapitalı ilə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin artması və qarşılıqlı investisiya həcmlərinin yüksəlməsi iki ölkənin iqtisadi əlaqələrinin sağlam təməl üzərində qurulduğunu göstərir.
Müsahibədə Türk Dövlətləri Təşkilatının rolu xüsusi qeyd olunur.
Prezident Əliyev TDT-nin Azərbaycan və Qazaxıstan üçün təkcə siyasi platforma deyil, həm də türk dünyasının mədəni və elmi inteqrasiyasını təmin edən strateji mexanizm olduğunu vurğulayır.
Tam oxu
Xəbəri oxu