Prezidentin nəvələri Lionel Messi ilə birlikdə şəkillərini paylaşıblar

11.12.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin nəvələri Əminə, Əli və Mikayıl Ağalarovlar Bakıda səfərdə olan futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba ilə bir araya gəliblər.

Oxu.Az xəbər verir ki, onlar bu barədə "Instagram" hesabında paylaşım ediblər.

Paylaşımda "Azərbaycana xoş gəldiniz!" sözləri yazılıb.

Qeyd edək ki, Messi, Suares, Buskets və Alba bu gün Bakı Kristal Zalında baş tutacaq görüşdə iştirak edəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью