Prezidentin Neymar təəssüfü: Messi ilə eyni səviyyədədir, amma...

19.11.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

"Botafoqo"nun prezidenti Dursesio Mello "Əl-Hilal"ın ulduz futbolçusu Neymar barədə danışıb.

Publika.az xəbər verir ki, braziliyalı funksioner 32 yaşlı həmyerlisinin komandasına transferi ehtimalını istisna edib:

“Allah qorusun. Neymar indiyə qədər gördüyüm ən yaxşı oyunçulardan biridir. O, Messi ilə eyni səviyyədə və Ronaldodan qat-qat üstündür. Lakin karyerasını boşa verdi. Nəticədə zədəsi onu 1 ildən çox meydanlardan uzaq qalmağa məcbur etdi. İndi o, yenidən zədələnib”.

Qeyd edək ki, bu günlərdə Neymarın "Əl-Hilal"la müqaviləsini pozaraq ölkəsinə qayıtması ehtimalı müzakirə olunur.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью