Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Parisdə "Qreven" muzeyindən Fransa Prezidenti Emmanuel Makronun mumdan hazırlanmış fiqurunun oğurlanması ilə bağlı qeyri-adi etiraz aksiyası keçirən "Greenpeace" ətraf mühit təşkilatının fəalları eksponatı öz yerinə qaytaracaqlarına söz veriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə muzeyin Mətbuat Xidmətindən məlumat verilib. "Biz hələ gözləyirik.
Dünən "Greenpeace" nümayəndələri heykəlin geri qaytarılacağını bildirsələr də, konkret tarix qeyd etməyiblər.
Onlar muzey rəhbərliyini fiqurun təhlükəsizliyinin təmin ediləcəyinə əmin ediblər.
Hər halda, fəallar eksponatı yenidən muzeyə çatdıracaqlarına söz veriblər", - muzey nümayəndələri bildiriblər.
Qeyd olunur ki, üç fəal - iki qadın və bir kişi Monmartrdakı muzeyə adi ziyarətçi qiyafəsində daxil olublar.
Onlar Makronun 40 min avro dəyərində olan mum heykəlini heç bir problem olmadan muzeydən çıxara bilib və daha sonra Parisdəki Rusiya səfirliyinin binası önünə aparıblar.