Icma.az, 525.az portalına istinadən məlumat yayır. Pərvanə SULTANOVA[email protected] Azərbaycanla Qazaxıstan arasında münasibətlər dərin ta
Xalqlarımızı birləşdirən bir çox ortaq dəyərlər, dil, din, mədəniyyət, mənəvi bağlar bu gün iki xalqın və dövlətin dostluq, qardaşlıq münasi
Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyəyə çatmasında təbii ki, prezidentlər İlham Əliyevin və Kasım-Jomart Tokayevin şəxsi münasib
Hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.
Azərbaycan və Qazaxıstan həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, o cümlədən beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər.
Azərbaycan liderinin oktyabrın 20-21-də Qazaxıstana dövlət səfəri bu dostluğun, qardaşlığın növbəti nümunəsidir və əməkdaşlığın genişləndirilməsində yeni bir səhifə açacaq.
Prezident İlham Əliyev son üç ildə qardaş ölkəyə yeddi dəfə, Prezident Kasım-Jomart Tokayev isə Azərbaycana altı dəfə səfər edib.
Dövlət başçısı "Kazinform"a müsahibəsində bu məqama diqqət çəkərək bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur: "Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.