Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə…
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır. Azərbaycan Respublikası bütün yaxın-uzaq ölkələrlə qarşılqılı faydalı əməkdaşlığa, i
Bakının xarici siyasətində Türk dünyası, türkdilli ölkələrlə əməkdaşlıq, bu əlaqələri istər Türk Dövlətləri Təşkilatı daxilində, istərsə də
Bu məqsədlə Azərbaycan TDT-yə üzv ölkələrin hər biri ilə əməkdaşlığa, onu inkişaf etdirməyə xüsusi önəm verir.
Elə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfərinə dəvət olunması da məhz bu önəmdən, Bakının türk dünyası ilə əlaqələrə daha çox diqqət ayırmasından irəli gəlir.Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfərinə diqqət yetirən “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri İlham İsmayılov Newscenter.az-a deyib ki, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri həm Azərbaycan–Qazaxıstan münasibətləri baxımından, həm də ümumilikdə türk dünyasının birliyi və əməkdaşlığı kontekstində olduqca əhəmiyyətlidir.
Onun sözlərinə görə, bu cür yüksək səviyyəli səfərlər strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə, regional əməkdaşlıq formatlarının güclənməsinə və ortaq mədəni-siyasi dəyərlərin möhkəmlənməsinə xidmət edir:“Azərbaycan və Qazaxıstan tarixi, mədəni və dil baxımından ortaq köklərə malik olmaqla yanaşı, iqtisadi və siyasi sahədə də sıx əməkdaşlıq edir.
Səfər çərçivəsində imzalanan sənədlər, aparılan danışıqlar və qarşılıqlı bəyanatlar göstərir ki, iki ölkə arasında ticarət və investisiya əməkdaşlığı genişlənir, nəqliyyat və logistika sahəsində, xüsusən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə əməkdaşlıq gücləndirilir.
Bundan başqa energetika, kənd təsərrüfatı, rəqəmsal transformasiya sahələrində əməkdaşlığa dair yeni razılaşmalar əldə edilir.
Bütün bunlar isə öz növbəsində iki ölkənin strateji tərəfdaşlıq səviyyəsini daha da yüksəldir”.ATXƏM sədri qeyd edib ki, İlham Əliyevin Qazaxıstana səfəri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiyanın möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır:“Bu səfər həm də Türk dövlətləri arasında həmrəylik və siyasi birliyi nümayiş etdirir.
Tam oxu
Xəbəri oxu