Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri noyabrın 6-da başa çatıb.
"Cebheinfo.az" xəbər verir ki, Bişkek şəhərinin “Manas 2” Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər yola salıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin