Prezidentin qızı və gəlini uşaqlarla belə əyləndilər FOTOLAR

08.02.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə 4 nömrəli uşaq evində olublar.

"Cebheinfo.az" ın xəbərinə görə, ziyarət zamanı uşaq evinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, 4 nömrəli uşaq evi valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqlara xidmət göstərir. Hazırda uşaq evinin 64 sakini var. Onlara sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər göstərilir.

Qeyd olunub ki, müəssisə 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunub. Fond uşaq evinin sakinlərini daim diqqətdə saxlayır, burada mütəmadi olaraq şənliklər, əyləncəli tədbirlər təşkil edilir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью