Prezidentin rəhbərliyi altında idman sahəsi yüksək səviyyədə inkişaf edir | Icma.az
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda idman sahəsi yüksək səviyyədə inkişaf edir".
Bu sözləri SİA-ya açıqlamasında əməkdar məşqçi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Fuad Zeynalov deyib.
Onun sözlərinə görə, bu inkişaf həmişə də davam edəcək: "Çünki ölkəmizdə cənab Prezident tərəfindən idmana böyük diqqət və qayğı var.
Bunun sayəsində də Azərbaycan idmançıları bütün dünyada üçrəngli bayrağımızı yüksəldir, himnimizi səsləndirir.
Burada bütün idman növlərini misal çəkmək olar. Kikboksinq idman növünü də misal göstərmək olar.
İstər həvəskar, istərsə də peşəkar yarışlarda komandalarımız çox güclüdür. Biz bununla daim fəxr edirik.
Azərbaycanın adı hər yerdə yüksəkdədir. Bunun üçün Prezidentimizə minnətdarıq".
Tam oxu
Xəbəri oxu