Prezidentin rektor təyin etdiyi şəxs kimdir? DOSYE

27.11.2024

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin olunub.

Moderator.az xəbər verir ki, Kamilə Dadaş-zadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiridir.

K.Dadaşzadə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.

O, 2011-ci ildən kafedraya rəhbərlik edir.

K.Dadşzadə Konservatoriyanı bitirdikdən sonra uzun müddət Aşıqlar Birliyində çalışıb.

2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalənin, monoqrafiyanın müəllifidir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью