Prezidentin sədr təyin etdiyi şəxs kimdir? DOSYE

03.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin 27 dekabr 2021-ci il tarixli sərəncamı ilə Səbuhi Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Bakıvaxtı.az onun dosyesini təqdim edir:

Səbuhi Əhəd oğlu Sadıqov 22 iyun 1984-cü ildə Füzuli şəhərində anadan olub.

2001–2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistratura təhsili alıb.

2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) lisenziyasına layiq görülüb.

Əmək fəaliyyətinə 2005-ci ildə başlayıb. 2007–2018-ci illərdə beynəlxalq audit şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2018–2021-ci illərdə özəl sektorda fəaliyyət göstərən holdinqlərdən birində rəhbər vəzifə tutub.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyevin 27 dekabr 2021-ci il tarixli sərəncamı ilə Səbuhi Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Ailəlidir, iki övladı var.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью