Prezidentin səlahiyyətli nümayəndəsi vətəndaş qəbulu keçirib

19.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki, qəbul zamanı vətəndaşların, o cümlədən şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının müraciətləri dinlənilib.

Müraciətlər, əsasən, sosial təminat, məşğulluq, əlilliyin təyinatı, kommunal xidmətlər, eləcə də digər sosial məsələləri əhatə edib.

Ceyhun Cəlilov hər bir müraciətə həssaslıqla yanaşıldığını vurğulayaraq qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini bildirib.

Qeyd olunub ki, vətəndaş müraciətlərinin dinlənilməsi, onların sosial problemlərinin operativ həlli, eləcə də şəhid ailələri və müharibə iştirakçılarına xüsusi diqqət göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью