Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bir neçə gündür mətbuatda Lerikdə “Azərişıq” ASC ilə bağlı problemlərdən danışılır. Mən, Lerik sakini olaraq bunları deyə bilərəm.
Əvvəllər kəndlərdə işıqlar oktyabr ayından sönər, bəzən mart-aprel aylarına qədər işıq olmazdı.
Gecələr də insanlar gündəlik işlərini çətinliklə görə bilər, uşaqlar dərs oxuya bilməz, həyatın çətinliyi ilə üz-üzə qalardı.
Amma bu gün Lerik tamamilə fərqlidir. Cənab Prezident İlham Əliyevin ölkə iqtisadiyyatını gücləndirməsi, dövlətimizin dayanıqlı inkişaf stra
Bu sadəcə texniki dəyişiklik deyil, insanların həyatına rahatlıq gətirən, kənd həyatını daha yaşanılır edən böyük bir uğurdur.
“Azərişıq” əməkdaşlarının fədakarlığını da xüsusi qeyd etmək lazımdır.
Onlar gecə-gündüz çalışır, kəndlərimizdə işığı təmin edir, hər evə, ailəyə işıq çatdırırlar.