Prezidentin təltif etdiyi Əhməd Vəliyev kimdir? Dosye

28.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, Vəliyev Əhməd Abdulkərim oğlu 29 noyabr 1946-cı ildə Qazax rayonunun Alpout kəndində anadan olub.

O, 1964-cü ildə orta məktəbi bitirərək həmin ili Azərbaycan Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun riyaziyyat kafedrasında laborant, baş laborant, laboratoriya müdri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

1990-1997-ci illərdə Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru vəzifəsində işləyib. 1995-ci ildə direktoru olduğu texnikumun bazasında Odlar Yurdu Universitetini yaradıb. Fizika-riyaziyyat elmləri namizədi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru (Ph. D), fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini və dosent, professor elmi adlarını alıb.

Ə. Vəliyev III və IV çağırış Milli Məclisinə deputat seçilib. Milli Məclisin Elm və Təhsil məsələləri daimi komitəsinin üzvü olub.

Əhməd Vəliyev Odlar Yurdu Universitetinin qurucusu və rektorudur.

Qeyd edək ki, Ailəlidir, 2 oğlu, 1 qızı, 8 nəvəsi vardır.

Könül Vəliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью