Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, F. Mustafayev 1966-cı il sentyabr 18-də Salyan rayonunda anadan olub. 1983-cü ildə orta məktəbi bitirib. 1984-1989-cu illərdə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil alıb. 1998-2002-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.
O, 1989-1992-ci illərdə Azərbaycan Texniki Universitetində "Siyasi iqtisad" kafedrasında müəllim,
1992-1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini,
1994-1996-cı illərdə "Azərbaycan İnvestisiya Şirkəti" SC-nin vitse-prezidenti, prezidenti,
1996-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi,
Milli Depozit Mərkəzinin icraçı direktoru, prezidenti,
1999-2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti,
2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi nəzəriyyə-2" kafedrasının baş müəllimi,
2004-2015-ci illərdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavini,
2004-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştat professoru,
2015-2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri,
2016-2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru,
2018-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin vəzifələrini icra edən sədr müavini işləyib.
2017-2018-ci illərdə Təhsil Nazirliyi yanında Təhsil və Məşğulluq üzrə Daimi Şuranın sədri vəzifəsində çalışıb. 2018-ci ilin iyul-sentyabr aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının üzvü olub.
2019-cu il iyunun 21-dən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.
Ailəlidir, iki övladı var.