Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev ukraynalı jurnalist Dmitri Qordonun “Siz qalib ölkənin rəhbərisiniz, Ukraynaya nə məsləhət görərdiniz?” sualına “Heç vaxt işğalla barışmayın.
Biz sırf bunu etmişik” cavabını verib. Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirdi ki, keçirilən Media Foru
Çünki əvvəlki dövrlərdə həyat və dünya düzəni tamam fərqli idi. Lakin artıq 21-ci əsrdə yeni bir dünya düzəni qurulmaqdadır.
Bu yeni quruluşda hər bir ölkə öz ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olmalıdır.
Məhz Prezident İlham Əliyevin apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi.
Bu, 21-ci əsrdə doğrudan da çox böyük bir nailiyyətdir. Hər kəs bilirdi ki, Ermənistanın arxasında dayanan güclər mövcud idi.
Buna baxmayaraq, Azərbaycan işğalla heç vaxt barışmadı. 30 il ərzində torpaqlarımızın işğal altında qalmasına baxmayaraq, biz bu faktı qəbul