Prezidentin vəzifədən azad etdiyi səfir kimdir? Ata sabiq nazir müavini, qayınana komitə sədri...

17.12.2024

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən Azərbaycanın İraqdakı səfiri vəzifəsindən geri çağırılan Nəsir Məmmədov məşhur adamın oğlu və deputatın kürəkəni imiş.

Mia.az xəbər verir ki, haqqında bir çopx saytlarda "viza alverçis"i ittihamı yayılan sabiq səfir 2004-2006-cı illərdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı, 2006-2018-ci illlərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini vəzifəsində işləyib.

Sahil Babayev ƏSSMN rəhbəri təyin olunandan sonra isə onunla işləməkdən imtina edib. Bundan sonra sərəncamla postundan uzaqlaşdırılıb.

Əslən Ordubaddan olan Natiq Məmmədov yeganə oğlunun (İki qızı, bir oğlu var - Mia.az) karyerası üçün az əziyyət çəkməyib.

O, hətta Milli Məclisin Komitə sədri Hicran Hüseynovala qudadır. Yəni, ötən gün geri çağırılan səfir həm də komitə sədrinin kürəkəni imiş...

Samir Musayev

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью