Prezidentin Xankəndidən verdiyi mühüm mesajlar

09.11.2026

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciəti dövlət başçısının vaxtilə səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatının tarixi reallığa çevrilməsinin rəmzi ifadəsidir. Bu müraciət Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının, Qarabağda separatizmə son qoyulmasının, milli iradənin və dövlətçilik qətiyyətinin təntənəsini nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir”.
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü İlham Məmmədov deyib. Millət vəkili bildirib ki, Xankəndi bu gün yalnız Azərbaycanın suverenliyinin bərpa olunduğu şəhər deyil, həm də milli yaddaşın, tarixi ədalətin və Zəfərin simvoluna çevrilib:
“Buradan səsləndirilən mesajlar Azərbaycanın keçdiyi mübarizə yolunu, dövlətin gücünü və gələcək inkişaf istiqamətlərini özündə ehtiva edir”.
İlham Məmmədovun sözlərinə görə, Prezidentin Xankəndidən xalqa etdiyi müraciətdə diqqət çəkən əsas məqam ondan ibarətdir ki, bir zamanlar separatçılığın və Azərbaycanın suverenliyinə qarşı fəaliyyətin mərkəzi kimi istifadə edilən Xankəndi bu gün dövlətçilik rəmzlərinin, milli qürurun və Zəfər tarixinin təcəssüm olunduğu məkana çevrilib:
“Bu dəyişikliyə isə Azərbaycan güclü dövlət, qüdrətli ordu və xalq-dövlət birliyi nəticəsində nail olub. Bütün bunlar da öz növbəsində əldə etdiyimiz tarixi nailiyyətlərin göstəricisidir. Qeyd etdiyimiz amillər Cənab Prezidentin müraciətinin siyasi tərəflərini əks etdirirdi. Bununla yanaşı dövlət başçısının müraciətinin mənəvi tərəfi də vardı”.
Millət vəkili qeyd edib ki, dövlət başçısının Xankəndidən etdiyi müraciətin mənəvi tərəfi daha dərin məna kəsb edirdi:
“Prezidentin müraciətində şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığının qiymətləndirilməsi və xalqımızın birliyinin nümayişi baxımından xüsusi məna daşıyırdı. Bu müraciət həm də xalqa bir daha onu çatdırırdı ki, şəhidlərə olan borcumuz sonsuzdur, onlara ehtiram bir vətəndaş, azərbaycanlı olaraq mənəvi borcumuzdur. Çünki tarixi Zəfərə məhz onların qanı, canı bahasına nail olmuşuq. Ona görə də şəhidlərimiz hər zaman yüksək ehtiramla yad edilməlidirlər”.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью