Prezidentin xüsusi nümayəndələrinin sayı 10 a çatdı SİYAHI

05.02.2025

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Muxtar Babayevin Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi təyin olunması ilə bağlı Sərəncam imzalayıb. Bununla da Prezidentin nümayəndələrinin sayı 10-a çatıb.

Teleqraf.com xəbər verir ki, 10 xüsusi nümayəndənin 2-si xüsusi tapşırıqlar üzrə nümayəndə statusu daşıyır: Elçin Əmirbəyov və Xələf Xələfov.

Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərir.

Prezidentin xüsusi nümayəndələri işğaldan azad edilmiş ərazilərdə də mövcuddur: Şuşa rayonunda Aydın Kərimov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Emin Hüseynov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Elçin Yusubov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Vahid Hacıyev və Laçın rayonunda Məsim Məmmədov, Kəlbəcər rayonunda Bəşir Hacıyev.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью