Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, səfər çərçivəsində Məsim Məmmədov Çin Kommunist Partiyasının Şaosin şəhər komitəsinin katibi Şi Huifang ilə görüşüb.
Görüşdə Məsim Məmmədov dəvətə və göstərilən qonaqpərvərliyə görə Çin tərəfinə təşəkkürünü bildirib. Tərəflər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi və strateji rəhbərliyi ilə Azərbaycan-Çin münasibətlərinin dinamik inkişaf etdiyini, bütün istiqamətlər üzrə əməkdaşlığın ardıcıl olaraq genişləndiyini qeyd ediblər.
Söhbət zamanı Laçın rayonunda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verilib, Şaosinin şəhər inkişafı sahəsində təcrübəsi qeyd olunub. Laçın rayonu ilə Şaosin şəhəri arasında yaşıl və dayanıqlı şəhər quruculuğu, infrastruktur, mədəniyyət və turizm sahələrində təcrübə mübadiləsi və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Ümumdünya Təmizlik Gününün qlobal əsas tədbirinin dayanıqlı inkişaf prinsiplərinin təşviqi, təmiz və müasir şəhər mühitinin formalaşdırılması, eləcə də bu sahədə beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyəti vurğulanıb.