Prezidentin xüsusi nümayəndəsi İrəvana çağırış etdi

26.06.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İrəvanı 2020-ci il atəşkəs sazişinin şərtlərini, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müddəaları yerinə yetirməyə çağırıb.

Modern.az Trend-ə istinadən xəbər verir ki, o, İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində belə deyib.

"Biz Ermənistanın artıq 2020-ci ildə bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik", - Əmirbəyov vurğulayıb.

Onun sözlərinə görə, əsas məqamlardan biri Azərbaycanın qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi ilə maneəsiz əlaqənin təmin edilməsidir.

"Maneəsiz keçid o deməkdir ki, Azərbaycan ərazisinin bir hissəsindən digər hissəsinə keçid zamanı həmin 43 kilometrlik Zəngəzur dəhlizində heç bir maneə olmayacaq", - o əlavə edib.

E.Əmirbəyov Ermənistandakı mövcud vəziyyətə də diqqət çəkərək, ölkənin hazırda tam təcrid vəziyyətində olduğunu bildirib.

"Bütün əsas infrastruktur - neft-qaz kəmərləri, dəmir yolları və s. - Ermənistanı dolanaraq keçir. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Açıq sərhədləri yalnız İran və Gürcüstanladır", - o deyib.

Diplomatın fikrincə, əldə olunan razılaşmalara əməl olunarsa, Ermənistan tranzit ölkəyə çevrilə və bununla da özünü regional təcrid vəziyyətdən çıxara bilər.

“Ermənistan əgər razılaşmalara əməl etsə, o da şərqdən-qərbə və qərbdən-şərqə keçən bütün ticarət və nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkəyə çevrilə bilər”, - o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью