Prezidentin xüsusi nümayəndəsi müjdəni verdi: Yaxın zamanda...

12.09.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Kəlbəcər rayonunun Zar kəndində tikinti işləri yekunlaşmaq üzrədir və yaxın zamanda kəndə köçün başlanması nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Zar kəndində 547 fərdi ev, 100 yerlik uşaq bağçası və 528 şagird yerlik məktəb inşa edilib.
Bəşir Hacıyev diqqətə çatdırıb ki, tikinti işləri tam başa çatdıqdan sonra kəndə köç prosesi həyata keçiriləcək.
“Oranın əzəli sakinləri torpaqlarına qayıdaraq burada yaşayacaq və çalışacaqlar”, - deyə xüsusi nümayəndə bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью