GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident İlham Əliyevin Xocalıya səfəri zamanı yerli balla bağlı səsləndirdiyi fikirlər maraqla qarşılanıb.
Belə ki, ölkə başçısı fevralın 19-da rayonun Ballıca kəndinə gedib.
O, kənd sakini Məhəmməd Quliyevin evində olub və onların təsərrüfatından olan balın dadına baxaraq bəyəndiyini deyib.
Sitat: “Ballıcada olub, balın dadına baxmamaq mümkün deyil. Bal da, maşallah çox dadlıdır. Bu bölgənin balının da fərqli dadı var.
Mən 2020-ci ildən sonra – müharibədən sonra, Zəfərimizdən sonra ancaq bu bölgənin balını yeyirəm. Kəlbəcər və Laçın balını.
İndi Ballıca balı da yedim”. Bu balın digər bölgələrin balından fərqi nədir?
Globalinfo.az-a danışan Kəlbəcər balının istehsalçılarından olan Xalid Nağıyev deyib ki, balın istehsalı ərazinin təbiətinə bağlıdır: “Çiçəklərin sayı, çeşidi çoxdursa, orada istehsal olunan bal, eləcə də digər kənd təsərrüfatı məhsulları fərqli olur.