Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn KİMDİR DOSYE

15.12.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aida Əli qızı Hüseyn Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Aida Hüseyn bu təyinatadək Azərbaycan Ali Məhkəməsinin hakimi işləyirdi.

Modern.az Aida Hüseynin qısa dosyesini təqdim edir:
Aida Əli qızı Hüseyn 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Universitetinin Beynəlxalq hüquq fakültəsindən, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub.

1998-2002-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında laborant işləyib.

2002-2005-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında elmi işçi olub.
Aida Hüseyn 2024-cü ildə Azərbaycan Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
O, ötən həftə Milli Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilmişdi.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью