Prezidentlə Cümhurbaşqanı nədən danışdılar KONKRET

19.10.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkədə tarixi hadisələr yaşanırdı. Nəhəng layihənin əsas hissəsi olan boru xəttinin təməlqoyma mərasimi keçirilirdi. Mərasimə dünyanın bir çox ölkələrindən yüksək səviyyəli qonaqlar dəvət  olunmuşdu.

Hər zaman diplomatik etiketə dəqiqliklə əməl edən Prezident bu dəfə də xüsusi diqqət əlaməti olaraq dost ölkənin Cümhurbaşqanını qarşılamaq üçün hava limanına şəxsən özü getdi. Sonra protokol qaydasına uyğun, öz İqamətgahında qardaş ölkə nümayəndələrini ayrıca qəbul etdi, bir daha xoş gəldiniz dedi,Cümhurbaşqanının ölkəyə gəlişini böyük hadisə adlandırdı. Məlumat üçün bildirdi ki,bir neçə il öncə başladığımız ağır işin son mərhələsinə çatmışıq. Məhsulumuzu dünya bazarlarına daşıyacaq boru xətti tikintisinin təməlini qoyuruq. Dedi, bu illər ərzində çox problemlərlə qarşılaşdıq. Layihənin əleyhinə çıxanlar, marşrutun xəttini dəyişdirmək istəyənlər,maliyyələşdirilməsinə maneçilik törədənlər çox oldu.Ancaq biz bu maneələrin hamısını dəf edib bu günə gəlib çatmışıq… Dedi, bu nəhənglayihənin təkcə bizim üçün yox, Sizin ölkə üçün də çox böyük əhəmiyyəti var. O ölkələrimizi bir-birinə həm iqtisadi, həm də siyasi cəhətdən möhkəm bağlayacaq, bərabər inkişafımıza şərait yaradacaq və ümumən, bölgədə təhlükəsizliyin, əmin-amanlığın qarantı kimi ciddi əhəmiyyət daşıyacaqdır. Bu təkcə iqtisadi layihə deyil, mənası daha geniş olan qlobal geopolitik məsələdir… Sonra Prezidentiki ölkə arasında dostluq əlaqələrinin əbədi və sarsılmaz olduğunu bir daha bəyan etdi və bu əlaqələrin iqtisadi, siyasi, sosial, mədəni, humanitar sahələr üzrə inkişaf etməsi üçün mühüm amil olacağını vurğuladı…

Prezident həmişəki kimi geniş erudisiyaya xas tarixi aspektdən çıxış edirdi: uzun onilləri, bəlkə də yüzilləri əhatə edəcək dərin bir təfəkkür çərçivəsində fikir söyləyirdi. Belə geniş perspektivli danışıq üslubu onun düşüncə tərzi, həyat təcrübəsinin zənginliyi, qəlbinin və ruhunun ənginliyindən idi. Onun siyasi fəaliyyətində xırdaçılığa yer yox idi. Xarakter etibarilə böyük masştablıişlər görməyi, daha çox irəliyə, uzaq üfüqlərə baxmağı, xalqın gələcəyini düşünməyi, onun azadlığının, müstəqilliyinin əbədi olması naminə əzmlə çalışmağı üstün tuturdu. Və bilənlər bilirdi: o həqiqətən öz xalqının rifahı üçün müstəqildövlətin qurulması, qorunması, saxlanması, inkişafı yolunda nə qədər əziyyətlər çəkir, necə tarixi addımlar atırdı.

Dövlət əhəmiyyətli bütün digər işlərin icrası zamanı olduğu kimi, indi də Prezidentfərəhlə, fəxrlə danışırdı. Ona qulaq asanları nitqinin səlistliyi,məntiqi ardıcıllığı ilə heyran qoyur, sadə bir müdrikliklə dərin mətləblərə toxunurdu.

O danışdıqcaüzbəüz oturmuş Cümhurbaşqanı əlləri qoltuğunda fikrə dalıb nələr barədəsə düşünürdü. Zaldakı jurnalistlər üçün də maraqlı idi: görən hörmətli Cümhurbaşqanını bu təntənəli məqamda hansı qlobal məsələlər narahat edir ki, belə fikirlidir və gözləri yol çəkir?Bəlkə də keçmişdə böyük imperiya olmuş ölkəsinin güvənli gələcəyini necə qurmaq kimi perspektivlər barədə düşünür…  Əlbəttə, bu düşüncələrin sirrini yalnız Tanrı bilirdi.

…AncaqTanrının bildiyini az sonra bəndələr də bildi. Qəbulda iştirak edən bütün dövlət qulluqçuları, məmurlar, diplomatlar, ekspertlər, mütəxəssislər, jurnalistlər, mühafizəçilər, texniklər, təsərrüfatçılar, inzibatçılar, xidmətçilər… bir sözlə, binadakıların hamısı bildi. Sonra isə bunu bütün ölkə və bütün dünya biləcəkdi.

Protokol proseduruna görə cavab nitqi üçün növbə Cümhurbaşqanına çatanda o əllərini qoltuğundan çıxarıb gözlənilməz bir çılğınlıqla:“Sayın Prezident,- dedi,- amma bizim ticari işlərimiz heç yetərli durumda deyil.” Dedi və bir az da xırdaladı: “Mən bura gələrkən statistik rəqəmlərə baxdım, ötən ilin ticarət dövriyyəsi ilə bu ilin ticarət dövriyyəsinin həcmi arasında düz 11 faiz azalmavar. Bizim ölkənin iş adamları burada iyirmi üç milyon dollar həcmində sərmayə qoyublar. Fəqət bəzi sıxıntılar olmasa biz onu daha da artıra bilərdik, xüsusən TIR-ların məsələsi…”

Qəbulda iştirak edən rəsmi personal Cümhurbaşqanının günün ruhuna uyğun olmayan bu nitqininmənasını, məqsədini anlamağa çalışdığı vaxt, idarəetmə qrossmeysteriolan təcrübəli Prezident artıq onun nə demək istədiyini göydə tutmuşdu. Təmkinini pozmadan öz səviyyəsinə uyğun nəzakətlə cavab verdi: “Hörmətli Cümhurbaşqanı, mən demək istəyirəm ki, Siz ölkələrimizi əbədi birləşdirəcək və xalqlarımıza rifah gətirəcək əsas ixrac boru xəttinin nəhəng terminalını görəcəksiniz!”

Butəkrar xatırlatmanın alt mənası o idi ki, biz burada tarixi əhəmiyyətli fantastiklayihənin reallaşmasından danışırıq, o məsələlərdən danışırıq ki, sizin ölkəniz və əhaliniz uzun illərdir məhz onun xəyalı ilə yaşayırdı, onu həyəcanla dartışırdı vəgözləyirdilər görən bu sərfəli layihə nə vaxt baş tutacaq? Bu gün o gündür! Siz artıq onun baş tutmasının şahidi olacaqsınız, sayın Cümhurbaşqanı, situasiyanı düzgün qiymətləndirək!

Bu incə eyhamdan sonra da yüksək qonağın xırdaticarət, alış-veriş məsələlərində sakitləşmədiyini görən Prezident səbrləgörüşdə iştirak edən hökumət yetkilisinə tərəf dönüb, ondan bəzi arayışları qısaca səsləndirməsini istədi. Hökumət yetkilisinin verdiyi arayışdan hamıya məlum oldu ki, yalnız bu əsas ixrac boru xəttinin çəkilişinə dair layihədə iştirak edən dost, qardaş ölkənin bir şirkəti 70 milyon dollar həcmində sərfəli müqavilə əldə edib!Bu ötəri məlumatı Cümhurbaşqanının böyük maraqla qarşıladığını nəzərindən qaçırmayan müdrik Prezident, hökumət üzvündən daha bir neçə anoloji faktın açıqlanmasını xahiş etdi. Yenə bəzi qısa faktlar açıqlandı. Məlum oldu ki, dost, qardaş ölkənin bir-neçə iri şirkətiindiyəcən respublikamızdakı çox iri layihələrə cəlb ediliblər.Onlarelektrik stansiyasında əməkdaşlıqdan50 milyon dollar, yeni hava limanının tikintisində 23 milyon dollar, başqa bir su elektrik stansiyasından23 milyon dollar, magistral şose yolunun çəkilişindən27 milyon dollar qazanc götürüblər. Yəni söhbət qardaşlarımıza üst-üstə verilən yüz milyonlarla dollar mənfəətdən gedir.

Bu sadə açıqlamalarla müdrik Prezident sanki qarşısındakı qonağa bir daha  anlatmaq istədi ki, biz dost, qardaş dediyimizlə səmimiyik, ona xırda-para əhəmiyyətsiz işləri rəva bilmərik, iqtisadi ilişgilərimizi ötəri alış-veriş, market-mağaza səviyyəsində qurmuruq. Belə xırda alversöhbəti yüksək səviyyəli dövlətlərarası danışıqların predmeti deyil…

Maraqlı orası idi ki, bu ötəri arayışla həm də başqa məqam üzə çıxırdı. Bəlli olurdu ki, Prezidentlə üzbə-üz əyləşmiş Cümhurbaşqanıöz ölkəsinin iqtisadi həyatından kifayət qədər xəbərdar deyil və proseslərə tam nəzarət etmir. Yaxudbəlkə də kənardan idarə olunur.

Nə yazıq ki, xırda miqyaslı təfəkkür sahibləri xırdavat söhbətlərindən kənara çıxa bilməz…

İndi aydın oldu ki, bayaq Prezident tarixi əhəmiyyətli böyük layihədən danışanda Cümhurbaşqanı niyə əlləri qoltuğunda fikrə dalıbmış? Bəlkə də o, yer kürrəsi boyunca min kilometrlərlə çəkiləcək boru kəmərinə nədən belə böyük əhəmiyyətverildiyini anlamağaçalışırmış. Qaşlarını çatıb anlamağa çalışırmış ki, görən uzun-uzadı dəmir borunu şoran torpağa basdırmaq niyə tarixi hadisə sayılsın ki?! Axı adətən əksinə olur, arxeoloqlar torpağın altından qazıb çıxardıqları dəmir əşyaların tarixidəyərə malik olduğunu deyirlər…

Bunamı, ya buna bənzər başqa “dərin düşüncələrəmi” dalaraq “zəhmli mühümadam”görüntüsüyaratmaq üçün qaş-qabağını çatıb oturan sayın Cümhurbaşqanı bir qədər sonra yenə tutduğunu buraxmadı:“…Yox axı, – dedi, – bizim TIR-lardan sizinkilər yol kirəsini çox alırlar! Amma digərqonşu ölkənin sürücülərindəno qədər para almırlar.Onlara yol haqqı ödəyəndə  güzəşt edilir, bizimkilərə yox. Bu fərqi aradan qaldırın, bizim TIR-larımız da şimala doğru rahat keçib getsinlər, ticarətlərini etsinlər. Məsələn, sizin arabalar bizə gələndə torpaqbasdı on dollardır, bizimkilər sizə gələndə qırx dollar. Tam otuz dollar fərqimiz var… Nədən?!”

Artıq danışıqların axarı beynəlxalq protokol prosedurunun rəsmi normasından kənara çıxırdı,gözlənilməz yönə istiqamət alırdı.Və maraqlı idi, görəsən bu ali məqama belə adi söhbətləri çıxardan həmkarı ilə üzbə-üz əyləşmiş müdrik Prezident nə barədə düşünürdü?!

Ölkəsinə milyardlar qazandırıb vətəndaşlarına rahatlıq gətirəcək tarixi bir projenin şadyanalıq günündə təntənənin ruhuna uyğun olmayan bu qəpik-quruşsöhbəti nə demək idi… Dövlət başçıları səviyyəsində gedən danışıqlar müstəvisinə çıxardılmağa layiq olmadığı halda,Cümhurbaşqanından bu qeyri-ordinar gedişinmənası nə idi… Bu cılız söhbətin müqabilində dost, qardaş ölkədən gəlmiş hörmətli qonağa indi ev sahibi nə desin və necə desin…  Axı, rəsmi  görüşün lap əvvəlində o belə yüksək ranqlı siyasi danışıqlar üçün məqbul leksikonda, etika və diplomatik etiket çərçivəsində, çox işlərin mahiyyətini bilməyən və vaxtından əvvəl bilməsi məsləhət olmayan kənar qulaqlar üçün qapalı ümumiləşdirmələrlə dediyi mətləbləri indi həmkarı üçün necə xırdalasın, bəzisi hətta dövlət sirri olan məsələlərin «şifrəsini» necə açsın…

Məlumdur ki, iki ölkə rəhbəri arasında aşkarda gedən söhbətlər dərhal kütləviləşir, yayılır, dostun da, düşmənin də müzakirə mövzusuna çevrilir. Və bu söhbətlərdə əlbəttə, elə məqamlar olur ki, onu nəinki düşmənlərin, heç daxildəki geniş kontingentin də vaxtından qabaq bilməsi məqbul sayılmır. Bunu yalnız ən konfidensial informasiyalara malik rəhbərlər bilir və özlərianlaşır. Bunlar dövlət idarəçiliyində, ictimai-siyasi fəaliyyətdə, beynəlxalq münasibətlərdə adi, sadə, elementar iş prinsipləridir…

Prezident bütün bunları fikrində götür-qoy edən vaxt, Cümhurbaşqanıhələ də 10 dollar fərq barədə mülahizələrini davam etdirirdi. O danışdıqca Prezidentin yorğun gözləri diqqətlə həmkarına baxsa da, yaddaşında bir neçə il əvvəlki uzun yol canlanırdı:“…Bundan öncəki Cümhurbaşqanı, nəhəng siyasət devi ilə çiyin-çiyinə bu ixrac boru xətti naminə necə ağır maneələr aşdıqlarını xatırladı. Düşündü ki, onların birgə gərginzəhməti sayəsində reallaşan qlobal beynəlxalq layihənin son təməlqoyma mərhələsinə gəlib çıxmış bu xoşbəxt adama boru kəmərinin strateji əhəmiyyətini başa salmaq üçün indiböyük bir mühazirəmi oxumaq lazımdır?!..  Bir-biri ilə aramsız dartışmalar içində son qərara gələ bilməyən siyasilərdən bezən generalitetin rəyi və dəstəyi ilə Cümhurbaşqanı kürsüsünə əyləşdirilən bu siyasət debütantına siyasətin patriarxı necə başa salsın ki, siyasi texnologiya nədir, taktika və strategiya nədir,dövlət idarəçiliyində baş məqsədə nail olmağın metod və üsulları hansılardır?.. Həmişə nəhəng bir ölkənin nəhəng siyasi xadimlərisırasında fərqlənənlərdən olan ağsaqqalPrezident elementar politologiya kursundan xəbərsiz sıravi idarəçiyə necə başa salsın ki, bölgədə siyasi balansı gözləyə-gözləyə ətrafdakıları qıcıqlandırıb daha dəhşətli fəlakətlərə rəvac verməmək üçün o, böyük əziyyətlə, bacarıqla neçə illərdir bu günkü günə doğru sanki iti ülgüc üzərində addım-addım irəliləyib?”

Prezident xəyalında olub-keçənləri xatırlaya-xatırlaya bütün bunları düşündüyü zaman Cümhurbaşqanı təbii ki öz aləmincə çox prinsipial mövqedən qətiyyətli çıxış etdiyinə əminliklə dediyini deməkdə idi:“ …Qüsura baxmayın, obiri qonşu ölkəyə yol kirəsində 10 dollar güzəşt edirsiniz, fəqət bizimkilərə etmirsiniz…” -təkrar-təkrar deyirdi.

Prezident isə diqqətlə ona baxa-baxa fikrində çox şeyləri götür-qoy edirdi. Düşünürdü ki:“…Boru xəttinin həmin o “qonşu ölkədən” yox, məhz dost, qardaş dediyimiz buCümhurbaşqanının ölkəsindən keçərək dünyaya çıxması üçün, həmin qonşu ölkələr tərəfindən nə qədər ağır tənələrə, tələlərə, təzyiqlərə dözməli olduğunu bilməyən bu adama bu dar macalda nəyi necə izah etsin?… Ucadan necə desin ki, dünyanın ən mürəkkəb düyünündə yerləşən və dörd bir yandan düşmən əhatəsində olan yavru məmləkətin əzmlə, metodiki ardıcıllıqla yırtıcı caynağından qoparıldığını görən yaxın-uzaq düşmənlər bu kəmərin strateji mahiyyətini daha yaxşı anlayırdılar. Bizi çəkindirmək naminə işlər başlanandanbitənədək nə qədər gizli və açıq təxribatlar, diversiyalar, terror aktları törətdilər, görkəmli silahdaşlarını aradan götürməklə ona xəbərdarlıq mesajı verdilər, hədə-qorxu gəldilər…Ancaq heç nəyə nail olmadılar, dəmir iradəni əyə bilmədilər?.. Masasına gələn hazır sənədləri imzalayan kabinet məmuruna dünyanı idarə edənlər sırasında yer alan müdrik dövlət başçısı necə anlatsın ki, torpaq yarası, milyonlarca didərgini, blokadası, separatizmi və neçə-neçə ağır dərdi olan balaca bir respublikaya dörd bir yandan nə qədər şirnikləndirici vədlər, təkliflər gəlsə də, yenə misilsiz dözüm və iradə hesabına dost-qardaş ölkə ilə əlaqələri kəsməmiş, əməkdaşlıqdan əl çəkməmişik…” – Bütün bunları qarşısında oturub öz aləmində mühüm məsələqaldıran həmkarına ucadan necə desin?!

Səbrlə və diqqətlə ona baxan Prezidentin bütün bu daxili düşüncələri fonunda Cümhurbaşqanı hələ də böyük ciddiyyət və əzmkarlıqla danışmağında idi; dövlətlərarası ilişgilər üçün məhz onun tərəfindən çox mühüm məsələ qaldırıldığına əminliklə deyirdi: «Bəli, bizim TIR-larımızın…  10 dollar fazla ödəməsi… ticarətimiz… alış-verişməsələlərimiz…malesef süni əngəllər…»

Prezidentdinməz-söyləməz ona baxa-baxa düşündü:“…Lap mənim bəzi naşı müxaliflərim kimi burnunun ucundan uzağı görməyib bu günlə, bu saatla, bu anla yaşayan…Keçmişdəki pedant imperiya məmurları kimi qaş-qabaq sallayaraq dediyindən dönməyən…Başqalarına cəmi-cümlətanı 10 dollar güzəşt etməklə, bunlara milyonlar qazandıra bilmək fürsəti əldə etdiyimizin fərqinə varmayan…Aşağısəviyyəli xırda söhbəti yuxarı səviyyəli danışıqlar masasına çıxaran adama nə deyəsən axı… ”

Həqiqətən, ülvi mənəvi dəyərlərlə yaşayaraq öz xalqını əsrlərin əsarətindən xilas etmək, müstəqil dövləti qurub dirçəltmək, idarəetmə aparatının işini nizamlayıb sahmana salmaq, əhalinin azad, firavan, güvənli yaşayışını təmin etmək və bu kimi min cür problemin həlli ilə məşğul olan, hər zaman el dərdi çəkən kişi indi bu qəpik dərdi çəkən nəfərə baxıb necə deməsin ki… eh, dünya, dünya!”

Düşüncələrdən ayrılan Prezident bir daha yorğun gözlərini qaldırıb Cümhurbaşqanına baxdı.O hələ danışırdı: “…ticarət əlaqələrimiz… yük maşınlarımız… statistikamız… TIR-ımız…  şoferlərimiz… 40 dollar…o birinə isə 10 dollar güzəşt…”

Prezident fikir-düşüncələr içində sakitcə Cümhurbaşqanına baxıb anidənnəzərini cəlb edən bir detala xəfifcə gülümsündü:“Nahaq oturanda pencəyin düyməsini açmayıb…etiket buna imkan verir… əyninə də dardır… həm dar, həm də gödək… dahi Çarli Çaplinsayağı… »

Əlbəttə, böyük bir qocaman dövlətin çağdaş Başqanı sərhəddi keçəndə TIR-ların ödədiyi qırx dolların ölkəsinə vurduğu “ağır iqtisadi zərbənin” qarşısını almaq və öz şoferlərinin hüququnu müdafiə etmək uğrunda mücadilə etdiyi o üzüntülü anlarda Prezidentin ürəyindən nələr keçdiyini, nələr düşündüyünü heç kəs bilmədi.

Salona toplaşan seyrçilər təkcə onu gördülər ki, Prezident Cümhurbaşqanını xeyli müddət sakitcə dinləyəbndən sonra, iki dost-qardaş ölkənin xalqları arasında əlaqələrin əbədi yaxınlaşması, bağlarının möhkəmlənməsiüçün son illər hər iki tərəfdən qeyrət göstərmiş ziyalıların, ictimai-siyasi xadimlərin, dövlət və hökumət adamlarının, alimlərin, jurnalistlərin, pedaqoqların, hətta adi turistlərin heç biri qədər xidməti olmayan bu qaraqabaq adama diqqətlə baxdı, baxdı və yüngülcə köksünü ötürüb 10 dollar barədə onun şövqlə söylədiyi alovlu nitqinin qarşılığında ucadan deyilməsi mümkün olan yalnız bir cümlə dedi:

“Yaxşı, başqa sözünüz yoxdursa, biz sabah böyük bir mərasimdə olacağıq…”

Dedi və ayağa qalxdı.

***

Ertəsi gün Prezidentə müxalifətdə olan müstəqil mətbuat heyranlıqla yazacaqdı:“Cəsarətlə protokol proseduruna etina etməyən Cümhurbaşqanından Prezidentə haqlı bir sərt təpki!”

Səhər-səhər bu manşetə baxan müdrik Prezident yenə xəfifcə gülümsünübbaşını buladı,qəzeti bir kənara qoyub iki dost-qardaş ölkə üçün taleyüklü tarixi layihə olan boru kəmərinin təntənəli təməlqoyma mərasiminə yollandı.

Akif ƏLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью