Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, hazırda Şəhriyar adına Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.
Qeyd edək ki, ötən gün 49 yaşında vəfat edən C.İmanov Yasamaldakı “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.
Sail Ağasəlim