Prezidentlər bu gün Naxçıvana gedən kəmərin açılışını edəcəklər

05.03.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Ankaraya səfər edəcək.

"Unikal" xəbər verir ki, Türkiyə liderinin dəvəti ilə baş tutacaq İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşündə cari regional və qlobal hadisələr, həmçinin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

Həmçinin liderlər 25 sentyabr 2023-cü ildə təməlini qoyduqları Iğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi canlı bağlantı ilə həyata keçirəcəklər.

Ağarza Elçinoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью