Prezidentliyə namizədimiz hazırdır: Özgür Özəldən qalmaqallı çıxış VİDEO

20.01.2025

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl İstanbulun Kadıköy səmtində təşkil olunan iclasda iştirakçılara müraciət edib.

Publika.az xəbər verir ki, Özəlin çıxışında eyham etdiyi məsələlər prezidentliyə namizədlik müzakirələrini yenidən qızışdırıb.

"Partiyam hazır, mən hazır, namizədimiz hazır", - deyə o bildirib.

Qeyd edək ki, CHP daxilində uzun müddətdir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yoxsa Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşı seçməklə bağlı mübahisələr gedir.

Özəlin İmamoğlunun olduğu zalda etdiyi çıxış Mansur Yavaşı dəstəkləyən partiya üzvlərini narahat edib.

Roza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью