“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir | Icma.az
Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Prime Cotton” davamlı inkişaf və məsuliyyətli istehsal strategiyasına uyğun olaraq beynəlxalq standartlara uyğunluq sahəsində növbəti mühüm mərhələni uğurla tamamlamışdır.
Belə ki, Cəmiyyət İnteqrə Olunmuş Menecment Sistemi (İMS) üzrə ISO 9001:2015 (Keyfiyyətin idarə edilməsi), ISO 14001:2015 (Ətraf mühitin idarə edilməsi) və ISO 45001:2018 (Əməyin mühafizəsi və sağlamlığın idarə edilməsi) standartları üzrə aparılan audit prosesindən müvəffəqiyyətlə keçmiş və müvafiq sertifikatları əldə etmişdir.Sertifikatlaşdırma prosesi beynəlxalq səviyyədə yüksək nüfuza malik “TÜV Austria Azərbaycan” şirkəti tərəfindən həyata keçirilmişdir.
Yeni əldə olunan sertifikatlar “Prime Cotton” MMC-də keyfiyyət, əməyin mühafizəsi, sağlamlıq və ətraf mühit üzrə proseslərin vahid idarəetmə sistemi çərçivəsində qurulduğunu və davamlı təkmilləşdirildiyini təsdiqləyir.
Qeyd edək ki, bu nailiyyət “Prime Cotton”-un artıq malik olduğu OEKO-TEX® Standard 100, USDA Organic, Higg, Sedex Supplier Plus, Geodentify mənşə təsdiqi və International Cotton Association (ICA) üzvlüyü kimi beynəlxalq səviyyədə tanınan sertifikat və təşəbbüsləri strateji şəkildə tamamlayır.
Sözügedən sertifikatlar şirkətin məhsul təhlükəsizliyi, ekoloji məsuliyyət, sosial uyğunluq, şəffaf təchizat zənciri və mənşə izlənəbilənliyi sahələrində ardıcıl və sistemli yanaşmasını əks etdirir.
“Prime Cotton” MMC-nin Baş İcraçı Direktoru Rövşən Mahmudov bu nailiyyəti belə şərh edib: “Bizim üçün sertifikatlar məqsəd deyil, düzgün qurulmuş idarəetmə və məsuliyyətli biznes modelinin nəticəsidir.
ISO 9001, ISO 14001 və ISO 45001 standartları əvvəllər əldə etdiyimiz beynəlxalq sertifikatlarla birlikdə ‘Prime Cotton’un keyfiyyətə, insan sağlamlığına, ətraf mühitə və şəffaflığa sadiqliyini bir daha nümayiş etdirir.
Tam oxu
Xəbəri oxu