Primitivizmin məşhur nümayəndəsi, gömrükçü ləqəbli rəssam Günün tablosu | Icma.az
Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. 2 sentyabr görkəmli fransız rəssam Anri Jülyen Felis Russonun anım günüdür.
Kulis.az bu münasibətlə sənətkar haqqında maraqlı faktları və onun "Yatan qaraçı" (1897) tablosunu təqdim edir.
Anri Jülyen Felis Russo "Le Douanier" — yəni "Gömrükçü" ləqəbi ilə tanınır.
Bu ləqəb ona, Fransanın gömrük orqanlarında işlədiyi üçün verilmişdi.
Russo 21 may 1844-cü ildə Fransanın Laval (Mayen) şəhərində anadan olub.
Gənc yaşlarında ordu xidmətində olmuş və bundan sonra gömrük işçisi kimi fəaliyyət göstərib.
Rəssamlıqla isə tamamilə özbaşına, peşəkar təhsil almadan məşğul olub. Russo rəsmlərinə yetkinlik yaşına çatmamışdan əvvəl başlayıb.
O, 1886-cı ildə ilk dəfə məşhur "Müstəqil sərgi"də iştirak edərək işlərini ictimaiyyətə təqdim edib.
Tam oxu
Xəbəri oxu