Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Rusiyanın Primorsk diyarının Lesozavodsk şəhərində güclü partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “SHOT” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, hadisə aprelin 12-də səhər saatlarında yerli anbarlardan birində baş verib.
"İlkin məlumata görə, hadisə köhnə və nasaz soyuducunun partlaması nəticəsində baş verib", - məlumatda qeyd olunub.
Jurnalistlərin bildirdiyinə görə, partlayışdan sonra anbarda yanğın başlayıb. Fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları artıq hadisə yerinə gəliblər. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.