Prins Ovusu “Qəbələ”nin tarixinə düşüb

31.10.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizon Azərbaycan kubokunun II təsnifat mərhələsində keçirilən “Qəbələ” – “Mingəçevir” oyunu Prins Ovusunun het-triki ilə yadda qalıb.

Apasport.az xəbər verir ki, 19 yaşlı qanalı futbolçu klub tarixində bir oyunda üç qol vuran 7-ci oyunçu olub.

Bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

“Qəbələ”nin tarixində het-trik müəllifi olan digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilel Auaşeridir.

Qeyd edək ki, “Qəbələ” – “Mingəçevir” qarşılaşması meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz Moldova ilə heç-heçə edib "Qarabağ" - "Çelsi" oyununu ukraynalı hakimlər idərə edəcək Bölgə klubu azarkeşlərinə görə cərimələnib AFFA bu klublara texniki məğlubiyyət verib Kadi Borges parataekvondoçuların məşqində iştirak edib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью