“Priora” ilə “avtoş”luq edən sürücü videolarını “TikTok”da paylaşdı VİDEO

29.09.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtın Sabunçu rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək “TikTok” sosial platformasında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 90-LK-473 dövlət nömrə nişanlı “VAZ-2170” (Lada Priora) markalı avtomobilin sürücüsü yaşayış məntəqəsində təhlükəli manevrlər edib. Kadrdan da göründüyü kimi, o, “sağ-sol” edərək “şou” göstərib və bu zaman qəza təhlükəsi yaradıb.

Digər görüntüdə isə həmin avtomobilin başqa bir “VAZ” markalı maşınla yarışdığı açıq şəkildə əks olunub.

Bundan əlavə, sürücünün avtomobilin konstruksiyasına müdaxilə etdiyi də diqqətdən qaçmayıb.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью