“Prius” aylardır davam edən təmir zonasındakı maneəyə çırpıldı VİDEO

05.08.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 4-də axşam saatlarında Əhməd Qasımov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili yol kənarında quraşdırılmış beton maneəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl güclü yağışlar nəticəsində sözügedən ərazidə istinad divarının bir hissəsi uçmuşdu. Bundan sonra təhlükəsizlik məqsədilə yolun həmin hissəsi beton maneələrlə hasarlanaraq təmir zonası elan edilib. Lakin hadisə yerindən çəkilmiş görüntülərdən də məlum olur ki, aradan aylar keçməsinə baxmayaraq, təmir işləri hələ də yekunlaşdırılmayıb.

Sürücülərə belə ərazilərdə hərəkət edərkən sürət həddinə riayət etmələri, yol şəraitini nəzərə almaları və müvəqqəti quraşdırılmış təhlükəsizlik maneələrinə qarşı xüsusilə diqqətli olmaları tövsiyə edilir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью