Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sürət həddini aşan qadın sürücü ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Belqorod bölgəsində baş verib.
Məlumata görə, oktyabrın 17-də yerli saatla səhər 4:00 radələrində 23 yaşlı qadın sürücü sürətlə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib və park edilmiş "Qazel" markalı yük maşınına arxadan çırpılıb.
Zərbənin təsirindən “Prius” "Qazel"in altına girib və hər iki nəqliyyat vasitəsi yanıb.
Qəza nəticəsində “Toyota”nın sürücüsü və sərnişini yanaraq hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev