Prius un vurduğu piyadanın kimliyi məlum oldu

09.06.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən piyadanın kimliyi müəyyənləşib.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə iyunun 7-də gecə saatlarında Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən 33-34-cü kilometrliyində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1973-cü il təvəllüdlü Ehtiram Cavanşir oğlu Cavanşirlinin idarə etdiyi "Toyota Prius" markalı avtomobil yolu keçən piyada – 1969-cu il təvəllüdlü Arif Hüseynqulu oğlu Məmmədovu vurub.

Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью