Priusla mikroavtobus toqquşdu 5 nəfər yaralandı

09.01.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Mingəçevirdə minik maşını mikroavtobusla toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə  Kür çayı üzərindəki nəqliyyat körpüsünün yaxınlığında baş verib.

Belə ki, "Toyota Prius"un "Mercedes Vita" markalı mikroavtobusla toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 5 nəfər yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью