“Prius”la toqquşan yük maşını aşdı Foto

19.07.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin Səbuhi Əliyev küçəsində “Toyota Prius” markalı minik avtomobili ilə “QazEL” markalı yük maşını toqquşub. Nəticədə yük avtomobili aşıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki maşına ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью