PRO kateqoriyadan 3 cü məktuba: Vaqif Cavadovun qısa çəkən hekayəsi | Icma.az
Icma.az bildirir, Apasport saytına əsaslanaraq. Hə, Vaqif Bəy, yollarımız ayrıldı.
Hər mətbuat konfransında, görüşdə jurnalistlərin üstünə gələnə qədər komandaya uğur bəxş etməliydiniz.
Sizsə, gah Samir Abasovu günahlandırdız, gah da jurnalistləri ittiham etdiz.
Bəli, Vaqif Cavadov baş məşqçi kimi ilk peşəkar təcrübəsində uğursuz oldu. Onsuz da aylar öncəsindən mövzunun buralara gələcəyi bəlli idi.
Nə “Sumqayıt”ın ifasında normal oyun izləyirdik, nə komandanın nəticələri ürəkaçan idi, nə də ki, Cavadov lazımi anlarda xüsusi nələrsə etməyi bacarırdı.
Yəqin ki, “Sumqayıt”ın ardıcıl 11 oyunda qola tövbə etdiyini də xatırlayırsız.
Komanda yanvar və fevral aylarında qolun nə olduğunu unutmuşdu.
Haqlısız, yanlış dedim, qolun nə olduğunu unutmamışdı, qol vurmağın nə olduğunu unutmuşdu.
Tam oxu
Xəbəri oxu