525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Onilliklər ərzində ev tapşırıqları tələbələrin fənni nə dərəcədə mənimsədiyini ölçmək üçün istifadə edilən əsas vasitələrdən biri olub. Bu gün isə Sİ ev tapşırıqlarını bir neçə saniyə ərzində edə bilir. Bu, təhsilin cavablandırmalı olduğu fundamental sualı dəyişir. Əgər tələbə Sİ-dən istifadə etməklə düzgün cavab əldə edə bilirsə, onun həqiqətən də mövzunu anlayıb-anlamadığını necə müəyyən etmək olar? Problem akademik dürüstlük məsələsindən daha genişdir".
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov söyləyib. Rektor bildirib ki, söhbət süni intellekt dövründə ənənəvi tədris və qiymətləndirmə metodlarının aktuallığına yenidən baxmaqdan gedir. Bir çox mütəxəssislərin fikrincə, Sİ cavabları təqdim edə bildiyi bir dövrdə təhsilin əsl dəyəri tələbələrə verməyi öyrətdiyimiz sualların keyfiyyətində olacaq.
Bəlkə də Sİ təhsildə yaradacağı ən böyük dəyişiklik tələbələrin necə öyrənməsində deyil, öyrənmə anlayışının özünün necə müəyyənləşdirilməsində olacaq.
Sevinc Qarayeva