Problem dərinləşir Premyer Liqa klubu 6 məşqçidən vaz keçdi

22.07.2025

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qələbə” klubu akademiyanın fəaliyyətini məhdudlaşdırmasından sonra daha bir radikal qərar qəbul edib.

AFFA-nın klublara ayırdığı vəsaiti azaltmasının ardından maliyyə sıxıntısı yaşayan əyalət klubu ayaqda qalmaq üçün çıxış yolu axtarır. 

Büdcə baxımından çətinlik çəkən bölgə təmsilçisi aşağı yaş qrupu məşqçilərinin bəziləri ilə yollarını ayırıb.

Rəhbərlik 6 mütəxəssisin müqaviləsinə son verib. C və B kateqoriyalı məşqçilər artıq “Qəbələ” ilə vidalaşıb. 

İdmanxeber.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью