“Problem şagirdə yox, müəllimdədir”

04.11.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bayağı mahnılar haqda çox danışmışam. Marketdə ən çox satılan çörək və tualet kağızıdır. Heç kimin ağlına gəlmir ki, onları eyni səviyyəyə qoysun. Onlar danışan tualet kağızıdırlar”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Zarafat bir yana" proqramında deyib. Müğənni bayağı mahnı ifaçıları ilə bağlı sualı cavablandırarkən onları "tualet kağızı" adlandırıb.

F.Ağayev təhsillə bağlı fikirlərini də bölüşüb:

“Məktəb təhsili yetərli olmalıdır. Ali təhsil almaq üçün olan testlər şagirdin təhsildə aldığı bilgilərə əsaslanır. Müəllimlərin səhlənkarlığıdır. Çətin peşədir. Amma bəziləri peşəsinin tələblərinə uyğun olmur. Çoxu hazırlıq keçsin deyə, bilikləri az verir. Problem şagirdə yox, müəllimdədir. Əgər sən bu dərsi məktəbdə keçirsənsə, hazırlığa nə ehtiyacın var?”.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью